AZ EN

Günay Bank müştərilərinin təhlükəsizliyi ilə bağlı addım atdı.

2020-04-02

Günay Bank ASC koronavirus (COVİD-19) pandemiyasının ölkədə geniş yayılma təhlükəsini nəzərə alaraq, vətəndaşlarımızın mövcud vəziyyətdə sağlamlığı naminə istifadəsi mart, aprel may aylarında bitən ödəniş kartlarının müddətini uzatdı.

Belə ki, Bank ümummilli #evdeqal kampaniyasını dəstəkləyərək ödəniş kartları istifadəçilərinin banka yaxınlaşmaması üçün həmin kartların müddətini 3 ay yəni iyul ayına qədər uzadılmasına qərar vermişdir.

Günay Bank eyni zamanda vətəndaşlara əməliyyatlarını təmassız və təhlükəsiz şəraitdə həyata keçirmək üçün Bankın “Bankonline” internet bankçılıq xidmətindən istifadə etməyi tövsiyə edir.

x