AZ EN

Aşağı gəlirli əhali qrupunun nəzərinə

2020-12-21

Güzəştli formada xidmət haqlarının tətbiq edilməsini nəzərdə tutan Baza bank xidmətləri paketi aşağı gəlirli

əhali qrupuna daha sərfəli şərtlərlə maliyyə xidmətlərindən istifadə imkanı verir. Qeyd olunanları nəzərə alaraq, aşağı gəlirli

əhali qrupları tərəfindən aylıq gəlrinin 270 manat və daha az olması barədə sübutedici sənədlərin təqdim olunması ilə aşağıdakı

bank xidmətlərinin həmin əhali qrupları ödənişsiz təqdim olunur:

 

  1. Müraciət edən aşağı gəlirli əhali qrupuna daxil olan şəxsə milli valyutada cari hesabın açılması
  2. Cari hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet ödəniş kartının təqdim edilməsi
  3. Bankın elektron bankçılıq xidmətlərinə qoşulması
  4. Ay ərzində cari hesaba yaşayış minimumu həcmində vəsatinin mədaxil edilməsi
  5. Ay ərzində bankın ölkədaxili ekvayer şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşma əməliyyatnın aparılması
  6. SMS və ya elektron poçt üzrə məlumatlandırma sisteminə qoşulması
  7. Cari hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın təqdim edilməsi
  8. Ay ərzində cari hesab vasitəsilə yaşayış minimumu həcmində ölkə daxili köçürmə əməliyyatının aparılması

 

Aşağı gəlirli qruplarına güzəştli bank əməliyyatlarının həyata keçirilməsi zamanı ay ərzində cari hesab vasitəsi ilə həayata keçiriləcək köçürmə əməliyyatları yaşayış minimumu (190 manat) həcmində aparılması nəzərdə tutulub.

 

 

x