AZ EN

Günay Bank Türkiyənin məşhur layihəsi olan Universal Payment Transfer (UPT) adlı beynəlxalq pulköçürmə sistemini cari ilin sonunda öz xidmət sektoruna əlavə etdi.

2018-12-29

“Ucuz Para Transferi” sloqanı ilə çıxış edən bu sistem regionda məşhur və aparıcı təcili pul köçürmə sistemi olaraq xüsusi çəkiyə malikdir.

Sistem özünəməxsus və keyfiyyətli göstəriciləri ilə fərqlənir. Artıq istənilən şəxs Günay Bankın Müştəri Xidmətləri Departamentinə yaxınlaşaraq (Bakı şəhəri, Aşıq Alı küç. 3A) UPT pul köçürmə sistemindən faydalana bilər.

Yaxın zamanda həmin sistemdən Bankın bütün filial və şöbələrində istifadə etmək mümkün olacaqdır.

Beləliklə, Günay Bank əməkdaşlıq etdiyi sürətli pul köçürmə sistemlərinin sayını 5-ə çatdırdı:“Western Union”, “Contact”, “Zolotaya Korona”, “Xəzri” və “UPT”.

Günay Bank vətəndaşlarımızın, həmçinin xaricdə yaşayan həmvətənlərimizin regionlar üzrə daha sərfəli və uyğun maliyyə əməliyyatları aparması məqsədi ilə, mütəmadi olaraq yeni sistemlərin tətbiqini davam etdirəcək.