AZ EN

Günay Bank sahibkar fiziki şəxslərə dəstək verdi

2019-09-25

Günay Bank Azərbaycanda vergi ödəyəcisi kimi dövlət qeydiyyatından keçmiş kiçik və orta bizneslə məşğul olan (KOB) fiziki şəxslərin iş fəaliyyətinin inkişafı və genişləndirilməsi məqsədi ilə güzəştli kreditləşmə prosesinə start vermişdir.

Bank sözügedən kreditləşməni Azərbaycan Respublikası “Sahibkarlığın İnkişaf Fondu”-nun vəsaiti hesabına həyata keçirir. Günay Bank ASC ölkədə müxtəlif prioritet istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlara və ümumilikdə biznes mühitinin inkişafına daim dəstək olmağa davam edir.

Şərtlərlə tanış olmaq üçün Günay Bank ASC-nin rəsmi internet səhifəsinə və aşağıda qeyd olunan linkə daxil ola, yaxud 1546-ya zəng vurub Bankın Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz:

 

 

Kreditin şərtləri

Məbləğ

5 000 – 15 000

Müddət

36 ayadək

İllik faiz dərəcəsi

5%   

 

Müraciət edənə qarşı tələblər

Potensial borcalan

Kiçik və orta biznes sahibləri

Yaş həddi

18 - 62

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsi və VÖEN (hər ikisi notarial qaydada təsdiqli)

İnvestisiya lahiyəsi (Biznes plan)

Sahibkarlıq subyektinin təqdim etdiyi investisiya lahiyəsi üzrə fəaliyyət  göstərəcəyi yerə və ya əmlaka dair hüquqlarını təsdiq edən sənədlərin və ya icarə müqaviləsinin notarial qaydada  təsdiq edilmiş surətləri.

Kreditin valyutası

AZN

Təminat

Baki şəhərində yerləşən daşınmaz əmlak, depozit, qiymətli metallar.

Sığortalanma

Girovun sığortası, Borcalanın həyat sığortası (tələb olunduqda)

Ödəniş şərtləri

Annuitet qrafiki

Komisyon haqqı

Kreditin  məbləğinin – 2%

Güzəşt müddəti

Ümumi müddətin max. 50%-i

FİFD

6.35%

Verilmə müddəti

5 iş günü

x