AZ EN

“Günay Bank”ın yeni filial və şöbəsinin açılmasına icazə verilib

2017-11-04

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 10 aprel 2017-ci il tarixli qərarına əsasən “Günay Bank” ASC-nin “5 saylı” filialının və “5 saylı” şöbəsinin açılması üçün icazə verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən xəbərə görə, Direktorlar Şurasının iclasında sözügedən bankın filial və şöbəsinin açılması ilə əlaqədar daxil olmuş müraciətə baxılaraq müsbət qərar qəbul edilib.

MBNP-nin Direktorlar Şurasının qərarı ilə “Günaybank” ASC-nin  Nəsimi rayonu, Şamil Əzizbəyov 185 ünvanında yerləşəcək “5 saylı” filialının və Nəsimi rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 4 ünvanında fəaliyyət göstərəcək “5 saylı” şöbəsinin açılmasına icazə verilib.