AZ EN

“Günay Bank”- dan yay mövsümü ilə bağlı hədiyyə kampaniyası

2019-05-17

“Günay Bank”- dan yay mövsümü ilə bağlı

hədiyyə kampaniyası

 

 

+

səyahət sığortası

 

İsti yay günlərində istirahətini ölkə xaricində etməyi planlaşdıran vətəndaşlarımız “Günay Bank”-ın yeni kampaniyasından faydalana bilər. Səfər zamanı rahat və münasib alış-veriş etmək önəmli məsələdir. İstirahət vaxtı gözlənilmədən başa gələ bilən müxtəlif
hadisələrdən sığortalanmaq isə daha vacibdir. Günay Bank öz təklifində bu şərtlərin hamısını nəzərə alaraq yola düşən hər kəs üçün sərfəli kampaniya təşkil etmişdir. Kampaniyanın şərtlərinə görə “Günay Bank”-dan 40 azn dəyərində olan MasterCard Gold kartı əldə edən hər kəsə “Günay Sığorta”-dan 1 aylıq “səyahət sığortası” hədiyyə edilir.


MasterCard Gold:

“MasterCard Gold” – öz istifadəçisinin statusu barədə məlumat verən, yəni bu həyatda bir sıra nailiyyətlərə malik olan şəxs üçün nəzərdə tutulan prestijli kartdır. “MasterCard Gold” kartı “MasterCard” təşkilatının Premium kartlarının sırasındadır. Bu cür kartla Siz dünyanın istınilən otel, klub, kazino və ya restoranında özünüzü rahat hiss edəcəksiniz. Bu kart “MasterCard” brendli bütün ticarət obyektlərində qəbul olunur. “MasterCard Gold” kartı Sizin üçün maraqlı imtiyazlar və imkanlar dünyasına qapı açır. “MasterCard Gold” kartı bütün dünyada qəbul olunur və Sizə maliyyə azadlığını hiss etməyə imkan yaradır. “MasterCard Gold” kartı mütləq online avtorizasiya tələb etmir, ona görə onunla məsafədən əməliyyat aparmaq mümkündür, məsələn, otellərdə, avtomobillərin icarəsində, müxtəlif biletlərin alınması zamanı, həmçinin, telefon və ya internet vasitəsilə bəzi əməliyyatların aparılması. “Günay Bank” mikroprosessor çipli “MasterCard Gold” kartları emissiya edir, bu günə olan məlumata əsasən, bu kartlar maksimal təhlükəsizlik funksionallığına malikdir.
“Günay Bank”ın “MasterCard Gold” kartını əldə etməklə Siz aşağıdakıları qazanırsız:
- bütün dünyada milyonlarla ticarət obyektində mal və ya xidmətin alınması üçün ödəniş etmək
imkanı;
- istənilən ölkənin bankomatında istənilən valyutada nağd vəsait əldə etmək imkanı;
- məsafədən əməliyyatlar aparmaq (o cümlədən, MOTO əməliyyatları);
- real rejimində öz vəsaitlərinə nəzarət etmək imkanı (CİB mobil-banking sistemi);
- ailə üzvlərinizə Sizin kart hesabınıza bağlı olan əlavə kartlar sifariş etmək;
- “MasterCard” təşkilatı tərəfindən Premium kartlar üçün keçirilən müxtəlif proqramlarda iştirak
etmək imkanı;
- bir sıra əlavə xidmətlərə qoşula bilərsiniz.
- “Günay Bank”ın imtiyazlı müştərisi olursunuz.
 

Səyahət sığortasının şərtlərini öyrənmək üçün:

 Sigorta şərtləri

 

x