AZ EN

“Günay Bank” ASC və “LİDER” EKC QSC, pul köçürmələri üzrə, birgə əməkdaşlığa başlayıb.

2018-02-28

2018-ci ilin fevralından etibarən, “Günay Bank” ASC, “LİDER”pul köçürmələri sisteminə qoşulub. Beləliklə “Günay Bank” ASC-də artıq 5 növ pul köçürmələri sistemi mövcuddur.

“LİDER” pul köçürmələri sistemi vasitəsi ilə, köçürmə etmək istəyən hər bir müştəri, “Günay Bank”-ın Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən filial və şöbələrinə müraciət edə bilər.

Filial və şöbələrdə təqdim olunan “LİDER” pul köçürmələrinin xidmətləri:

  • Nağd pul vəsaiti göndərmək və birbaşa VISA, MasterCard və МИР plastik kartlarına mədaxil şəkilində almaq.
  • Nağd pul vəsaiti göndərmək və vasaiti nağd şəkildə almaq.
  • Xaricdən gələn nağd pul vəsaitini nağd ödənişlə almaq.

”LİDER” sisteminin pul köçürmələrin göndərilməsi və qəbulu Rusiyada, MDB və digər xarici ölkələrdə yerləşən, minlərlə məntəqələrdə həyata keçirilir. ”LİDER” pul köçürmələri sisteminin məntəqələrinin sayı daim artmaqdadır.

Ətraflı: 012-565-39-80/81