AZ EN

“Günay Bank” ASC və “CONTACT” Pul köçürmələri sistemi ilə birgə əməkdaşlığa başlayıb.

2018-04-13

2018-ci ilin aprelindən etibarən, “Günay Bank” ASC, “CONTACT”pul köçürmələri sisteminə qoşulub. Beləliklə “Günay Bank” ASC-də artıq 5 növ pul köçürmələri sistemi mövcuddur:

  • APUS
  • WesternUnion
  • Zolotaya Korona
  • Xəzri
  • Contact


“CONTACT” pul köçürmələri sistemi vasitəsi ilə, köçürmə etmək istəyən hər bir müştəri, “Günay Bank”-ın Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən filial və şöbələrinə müraciət edə bilər.

”CONTACT” sisteminin pul köçürmələrin göndərilməsi və qəbulu Rusiyada, MDB və digər xarici ölkələrdə yerləşən, minlərlə məntəqələrdə həyata keçirilir. ”CONTACT” pul köçürmələri sisteminin məntəqələrinin sayı daim artmaqdadır.

“Günay Bank” ASC 1992-ci ildən etibarən ölkə bank bazarında fəaliyyət göstərir. Bakı, Xırdalan və Sumqayıt şəhərlərində Bankın 19 xidmət nöqtəsində hüquqi və fiziki şəxslərə geniş spektrdə öz xidmətləri göstərir. “Günay Bank” ASC MasterCard beynəlxalq ödəniş sisteminin üzvü olaraq plastik kartlar və elektron ödənişlər xidmətləri müştərilərə təqdim edir.



Ətraflı:1546

x