AZ EN

Xidmətlər

CİB (Mobil-banking)

 

CİB Mobila-banking sistemi (mobil application) mobil telefonunuzdan bütün kartlarınıza nəzarət etməyə, balanslara izləməyə, aparılmış əməliyyatlar üzrə monitorinq keçirməyə, pul köçürməyə, müxtəlif xidmətləri ödəməyə imkan verən xüsusi mobil tətbiqidir. CİB əlavəsi müxtəlif mobil platformalarda işləyə bilir: Apple, Android, Windows.

CİB əlavəsi ilə Siz rahat şəkildə 24 saat ərzində öz kartlarınızı nəzarət edə bilərsiniz.

  1. Kart sayı məhdudiyyətsizdir, istədiyiniz sayda kart əlavə edə bilərsiniz.
  2. Abunə haqqı yoxdur.
  3. Kartdan kart pul köçürmək və digər əməliyyatları aparmaq mümkündür.
  4. CİB əlavəsi təhlükəsizliyə PCİ DSS standartına uyğun olaraq riayət edilir.

CİB sisteminə neçə qoşulmaq və kartları əlavə etmək olar?

 

  1. Öz mobil telefonun “market” hissəsində CİB əlavəsini tapın və mobil telefonunuza yükləyin.
  2. Mobil nömrənizi müvafiq sahəyə qeyd edin. Misal üçün bu formada: +994501234567 və “İrəli” düyməsini seçin.
  1. Sizə *8893qısa nömrəsindən SMS vasitəsilə 6 rəqəmli birdəfəlik şifrə göndəriləcək, bu şifrəni beş dəqiqə ərzində müvafiq sahəyə daxil edib, "Təsdiq" etməlisiniz.
  2. Həmin sahəyə bəzi zəruri məlumatlar daxil edilməlidir: AdSoyadınız, ödəniş qəbzlərini qəbul etmək üçün E-poçt, Məxfi söz – texniki dəstək qrupu ilə əlaqə saxladığınız zaman, hesabın həqiqətində Sizə məxsus olub-olmamasını yoxlamaq üçündür. Giriş şifrəsi – dörd rəqəmli şifrədir və CİB hesabınıza daxil olmağınız üçün nəzərdə tutulub.
  3. İstifadəçi hesabınızın qeydiyyatdan uğurla keçdiyinə dair məlumat alacaqsınız – Təbrik edirik! "OK"edərək hesabınıza daxil ola bilərsiniz.

 

Yeni kartın əlavə edilməsi 2 mərhələdən ibarətdir:

 

  1. Kartın əlavə edilməsi.
  2. Əlavə edilmiş kartın aktivləşdirilməsi.

Kartın əlavə edilməsi

 

Kartın üzərində 16 rəqəmli nömrə, AY/İL formatında etibarlılıq müddəti və CVV2/CVC göstərilmişdir.

 

CVV2/CVC kartın arxa tərəfində, maqnit zolagının altında (imza panelində) yerləşir və üç rəqəmdən ibarətdir. Bu məlumatları ekranda göstərilən müvafiq sahələrə daxil edib, "Kartı əlavə etmək" tuşuna basmaq lazımdır.

 

Qeyd! Kart hesabında minimum 0,05 AZN (5 qəpik) vəsait olmalıdır. Əks halda kartınız əlavə edilməyəcək.

 

Kartın aktiv edilməsi.

 

Kart əlavə edildikdən sonra, sizə SMS bildiriş vasitəsilə 0.05 AZN (5 qəpik) məbləğində əməliyyatın təsviri və Merchant: CIB****CODE formatında şifrə göndəriləcəkdir.

 

Yeni əlavə edilmiş kartın üzərindəki "AKTIV DEYIL" yazısı, kartın aktiv olmadığını göstərir. 
Kartı aktiv etmək üçün, onun arxa tərəfində yerləşən "Aktivləşdirmək" tuşuna basmalı və dörd rəqəmli şifrəni aşağıda göstərilən müvafiq sahəyə daxil etməlisiniz.

 

Qeyd! Kartın aktivləşdirilməsi üçün nəzərdə tutulan 4 rəqəmli kod haqqında məlumat “Millikart” MMC prosessinq təşkilatı (+99412-431-22-20) və ya Günay Bankdan öyrənilə bilər.

 

 

Əgər SMS bildirişini almamısınızsa, bu çox güman ki, kartınızın sms bildiriş xidmətini dəstəkləməməsi ilə əlaqədardır. O zaman, Günay Banka müraciət etməlisiniz.

 

 

Card to card xidməti

Günay Bankın Card to Card xidməti vasitəsilə Siz bir kart hesabından digər kart hesabına pulunuzu rahat şəkildə köçürə bilərsiniz. Vəsait dərhal əməliyyatdan sonra kart hesabına mədaxil edilir.

Card to Card əməliyyatları aşağıdakı üsullarla aparmaq mümkündür:

  • CİB sistemi vasitəsilə
  • Günay Bankın bankomatları vasitəsilə
  • Millikart MMC prosessinq təşkilatında xidmət olunan və bu xidmətə qoşulmuş digər bankların bankomatları vasitəsilə

Bu xidmət Millikart prosessinq təşkilatında xidmət olunan digər banklar arasında da istifadə edilə bilər.

Bankomatın misalında Card to Card əməliyyatının addımlarını göstəririk:

  • Müştəri öz kartını bankomata mədaxil edir
  • PİN-kod daxil olunur
  • Bankomatın monitorunda Card to Card xidmətini seçir
  • Vəsait çatacaq kartın nömrəsi daxil edilir (lazım olduqda nömrə təkrarlanır)
  • Məbləğ daxil olunur (lazım olan valyutada)
  • Əməliyyat tamamlanır və müştəriyə çek təqdim edilir

 

Card to Card əməliyyatlarına görə Günay Bank aşağıdakı komissiyaları tətbiq edir

  • CİB mobil əlavəsi vasitəsilə:

 

Məxaric üzrə bankın komissiyası

Günay Bankın bütün kart növləri üzrə

1%

 

Kart hesabına mədaxil üzrə bankın komissiyası

Əmək haqqı və depozit kartlar

Digər kartlar

1% (min 1 AZN/USD/EUR)

0%

 

  • Bankomat vasitəsilə:

Məxaric üzrə bankın komissiyası

Günay Bankın bütün kart növləri üzrə

0,5% (min 0.20 AZN/USD/EUR)

 

Kart hesabına mədaxil üzrə bankın komissiyası

Əmək haqqı və depozit kartlar

Digər kartlar

1%

0%

 

Card to Card əməliyyatının əsas üstünlükləri:

  • Card to Card xidməti vasitəsilə həftənin 7 günü və günün 24 saatı ərzində vəsaitlərin köçürülməsi imkanı mövcuddur;
  • Card to Card xidməti beynəlxalq sürətli pul köçürmə sistemlərindən daha asandır;
  • Card to Card xidməti vasitəsilə göndərilən vəsait 1 dəqiqə çərçivəsində ünvana çatır;
  • Adətən Card to Card xidməti çərçivəsində köçürülən məbləğ məhdudlaşdırılmır;

 

Qeyd! Günay Bankın biznes kartlarında Card to Card xidməti bağlıdır.

 

 

SMS-banking xidməti

SMS-banking xidməti vasitəsilə Günay Bankın kart istifadəçiləri öz plastik kartları ilə aparılan əməliyyatlar barədə mobil telefonlara müvafiq məlumatı SMS ilə ala bilirlər. SMS-banking xidməti ilə müştərilər öz balansına nəzarət edib aylıq xərclənən vəsaiti təhlil edə bilərlər.

Xidmət çərçivəsində SMS-lər aşağıdakı hallarda mobil telefona gələr bilər:

  • Vəsaitlər kart mədaxil edilən zaman (əmək haqqı kart istifadəçiləri üçün əlverişli opsiya);
  • Aparılan əməliyyatlar zamanı (vəsaitlər məxaric edilməsi zamanı);
  • 3D Secure xidməti çərçivəsində birdəfəlik kodunun alınması;
  • Bank və ya prosessinq tışkilatı tərəfindən göndərilən digər məlumatlandırıcı xəbərlərin alınması.

Mobil telefonlar roaming şəbəkəsində olduğu zaman da, SMS-banking xidməti çərçivəsində müvafiq SMS-lərin alınması mümkündür.

SMS-banking xidmətinə qoşulan kart istifadəçiləri 8893 nömrəsinə müvafiq SMS göndərərək aşağıda göstərilən əməliyyatları apara bilərlər:

  • Bank kartınızı bloklaşdırmaq (sorğunun formatı: STOP);
  • Cari qalıq haqqında məlumat əldə etmək (sorğunun formatı: BALANS);
  • Bank kartı üzrə kiçik hesabdan çıxarış almaq (sorğunun formatı: STATE);
  • Kartın cari statusunu öyrənmək (sorğunun formatı: STATUS);
  • Bütün bank kartlarınızın siyahısını əldə etmək (sorğunun formatı: CLİST);
  • Alınan SMS mesajların dilini dəyişdirmək (sorğunun formatı: LANG);
  • Sorğuların siyahısını almaq (sorğunun formatı: HELP).

SMS-banking xidmətinin illik qiyməti 12 AZN təşkil edir.

 

 

3D Secure xidməti

İnternet şəbəkəsində olan elektron ticarət obyektlərində nağdsız əməliyyatlarının aparılması zamanı Günay Bankın bütün kartları 3D Secure xidməti vasitəsilə qorunur.

Beləliklə, internet şəbəkəsində aparılan əməliyyatlar zamanı dələduzluq hallarının qarşısının alınması məqsədilə Günay Bankın 3D Secure xidmətindən istifadə edə bilərsiniz.

Bunun üçün Millikart MMC prosessinq təşkilatının internet səhifəsində kartın tələb olunan məlumatlarını qeyd etməklə qeydiyyatdan keçmək lazımdır. Bundan sonra internet şəbəkəsində hər hansı alış-veriş aparılması zamanı hər əməliyyat üzrə kart istifadəçisinə SMS vasitəsilə yeni birdəfəlik şifrə təqdim edilir. Bu 6 rəqəmli şifrə qeyd edilmədikdə onlayn ödəniş həyata keçirilmir. MasterCard təşkilatının qaydalarına əsasən bütün onlayn ticarət obyektləri 3D Secure funksionallığına dəstək verməlidirlər. Bununla əlaqədar olaraq, Siz 3D Secure xidmətinə qoşularaq öz kartınızı onlayn ödənişləri zamanı qorunmuş olursunuz.

Xidmətdən istifadə etmək üçün, ilk öncə Günay Banka müraciət edərək öz telefon nömrəsini qeyd etmək lazımdır.

Xidmətdən istifadə edilməsi ödənişsizdir.

 

 

PİN Change xidməti

Əgər Sizdə bir neçə kartla əməliyyatları aparıb müxtəlif mürəkkəb PİN-kodlardan istifadə edirsinizsə, PİN-kodunuzun istifadə prosesində kənar şəxslərə məlum olduğuna görə narahatsınızsa və ya onun yadda saxlanılmasının çətin olduğunu düşünürsünüzsə, o zaman Günay Bankın PİN Change xidmətindən yararlanın. Günay Bankın bankomatından istənilən vaxt istifadə edərək kartınızın PİN-kodunu Sizin daha rahat və yaddaqalan olan digər 4 rəqəmli kombinasiyaya dəyişə bilərsiniz.

Xidmətdən yararlanmaq üçün aşağıdakılara riayət etmək lazımdır:

  • Kartı Günay Bankın bankomatına daxil edin;
  • Bankomatın monitorunda “PİN Change” xidmətini seçin;
  • İşlək PİN kodunuzu daxil edin;
  • Yeni PİN kodu daxil edin;
  • Təsdiq üçün yeni PİN-kodu təkrar olaraq daxil edin;
  • PİN-kod dəyişilir və növbəti əməliyyatdan başlayaraq artıq yeni PİN-koddan istifadə etmək lazımdır.

Günay Bankın bankomatı vasitəsilə PİN-kodun dəyişdirilməsi bütün kart növlərinə şamil olunur.

Hər yeni PİN-kodun təyin edilməsi üzrə xidmətin dəyəri 2 AZN təşkil edir.

 

 

 

Təhlükəsizlik tədbirləri

  • Kart məlumatlarının (kartın üzərindəki 16 rəqəmli nömrə, kartın etibarlılıq tarixi və arxa tərəfindəki 3 rəqəmli CVV/CVC kod) və karta aid PİN-kodun məxfi saxlanmasına görə kart istifadəçisi cavabdehlik daşıyır. Bu məlumatları digər şəxslərə verməyin və göstərməyin;
  • Kart itirildiyi və ya oğurlandığı təqdirdə bu barədə dərhal Günay Banka və ya 24 saat ərzində çalışan “Millikart” prosessinq təşkilatının çağrı mərkəzinə (tel: +99412 431-22-02) məlumat verərək kartın bloklanmasını tələb edin;
  • Kartı alarkən dərhal kartın arxa tərəfindəki paneli imzalayın;
  • Kart yalnız üzərində adı və soyadı olan şəxs tərəfindən istifadə edilə bilər;
  • Kart üzrə təhlükəsizliyin təmin edilməsi, kartla aparılan əməliyyatlara nəzarət edilməsi və lazım olduqda dərhal reaksiya verilməsi məqsədilə “SMS-banking” və “Mobil-banking”, internet şəbəkəsində kartın qorunması üçün nəzərdə tutulan “3D Secure” və “Bank”ın digər müvafiq xidmətlərinə qoşulması tövsiyyə olunur;
  • Kart hesabında aparılmış hər hansı dələduzluq və şübhəli əməliyyatların araşdırılması və ya “retrieval request” və “chargeback” (etiraz əməliyyatı) proseslərinin başlanması üçün əməliyyat tarixindən sonra beynəlxalq ödəniş sisteminin qaydaları ilə müəyyən edilmiş müddət ərzində Günay Banka müraciət etməlisiniz;
  • Günay Bank tərəfindən kart hesabında hər hansı dələduzluq və ya şübhəli əməliyyatlar və ya əməliyyatlara cəhd aşkarlanırsa, bu zaman Günay Bank müvafiq məlumat verməklə həmin kartı bloklaşdıra və yeni kartın sifariş edilməsini tələb edə bilər.
  • Kartın PİN-kodu yalnız özünüzdə saxlayın və digər şəxslərə ötürməyin;

x