AZ EN

Ümumi məlumat

Müasir dünyada plastik kartlar və elektron ödənişlər ön planına çıxır. Plastik kart vasitəsilə zaman və məkandan asılı olmayaraq istənilən ödənişi aparmaq həqiqətən daha rahatdır. Artıq özünüzlə böyük məbləğləri nağd şəkildə daşımağa ehtiyac yoxdur.

Siz öz pulunuzu “Günay Bank”da Azərbaycan manatı (AZN), ABŞ dolları (USD) və Avro (EUR) ilə saxlayıb Bank tərəfindən təqdim edilmiş plastik kart vasitəsilə dünyanın istənilən ölkəsində istənilən valyutada istifadə edə bilərsiniz. Nağd vəsait lazım olduğu zaman həmin kart vasitəsilə istənilən bankomat və ya “cash” tipli POS-terminal vasitəsilə onu rahatlıqla əldə edə bilərsiniz.

“Günay Bank” “MasterCard Worldwide” beynəlxalq ödəniş sisteminin üzvüdür və “MasterCard” brendli kartların emissiya və ekvayrinqini həyata keçirir.

“Günay Bank” “MasterCard” təşkilatı ilə birgə öz fərdi və hüquqi müştəriləri üçün onların həyat tərzidən asılı olaraq bir sıra plastik kart növlərini yaradıb bazara buraxmışdır. “Günay Bank”ın “MasterCard” kartları Azərbaycanda və dünyanın istənilən ölkəsində nağd vəsaitlərin alınması və eləcə də ticarət, ictimaiiaşə və ya xidmət obyektlərində nağdsız ödənişlərinin edilməsi məqsədilə ən rahat və etibarlı üsuludur. 

 

“Günay Bank”ın kartlarının üstünlükləri hansılardır?

 

  • Beynəlxalq kartlar – bütün dünyada dövriyyədə olan universal valyutada buraxılırlar. Siz olduğunuz ölkədən asılı olmayaraq apardığınız bütün alış-veriş məbləğləri kartınızın valyutasına avtomatik olaraq konvertasiya olunur.

 

  • “MasterCard” tərəfindən təyin edilən konvertasiya məzənnəsi adətən valyuta mübadilə məntəqələrində istifadə olunan məzənnələrdən daha sərfəlidir.

 

  • “Günay Bank”ın ödəniş kartları vasitəsilə Siz ticarət, ictimai iaşə və ya xidmət obyektlərində, o cümlədən otellərdə, restoranlarda, turizm və səyahət nöqtələrində, servis mərkəzlərində və dünyanın istənilən digər obyektində bütün ödənişləri əlavə komissiya haqqı tutulmadan həyata keçirə bilərsiniz.

 

  • Dünyanın bütün ölkələrində (embarqo olunmuş ölkələr istisna olmaqla) yerləşən və “Maestro/MasterCard” brendləri qəbul edən geniş bankomat şəbəkəsi Sizin xidmətinizdədir. Bu şəbəkə vasitəsilə Siz öz vəsaitinizə operativ giriş hüququ əldə edirsiniz.

 

  • “Günay Bank”ın plastik kartı vəsaitlərin saxlanılması üçün ən etibarlı və təhlükəsizlik üsuldur.

 

  • Kartınızda olan vəsait heç bir ölkənin gömrük məntəqəsində qeydə alınmır.

 

  • Nağd vəsaitlə dolu pul kisəsindən fərqli olaraq, bank kartı xarici ölkələrdəki kiçik oğrular üçün o qədər maraqlı deyil.

 

  • Başqa şəxsin ödəniş kartından istifadə etmək çətindir – “Günay Bank”ın kartları çiplərlə təmin olunub. Həmçinin, Bank 3D Secure xidmətini öz müştərilərinə təqdim edir. Sizin bank hesabınız isə bankın sistemi vasitəsilə qorunur.

 

  • Kartınızın itirildiyi və ya oğurlandığı təqdirdə Siz sadəcə onu vaxtında bloklaşdırırsınız və pulunuz tam şəkildə hesabınızda qalır.

 

  • Siz öz kart hesabınıza “Günay Bank” tərəfindən təklif edilən bir sıra elektron xidmət qoşa bilərsiniz.

 

Niyə məhz “Günay Bank”ın kartını seçmək lazımdır?

 

  • Siz müasir, bazarda inkişaf edən və stabil bank nüfuzuna malik olan Bankın müştərisi olursunuz.

 

  • Beynəlxalq ödəniş kartını “Günay Bank”ın istənilən filial və ya şöbəsində sifariş verə bilərsiniz. Kartınız 1-2 iş günü ərzində hazır olacaqdır.

 

  • “Günay Bank” həm əsas, həm də əlavə kart sifarişini təklif edir. Siz özünüzə əsas, eyni zamanda, öz ailə üzvlərinizə əlavə kartlar sifariş edə bilərsiniz. Hər bir əlavə olunan kart üçün limiti Siz təyin edə bilərsiniz.

 

  • “Günay Bank” öz müştərilərinə AZN, USD və EUR valyutalarında 3 il müddətinə qədər etibarlı kredit və debit kartları təqdim edir.

 

  • Bank müştərilərinə göstərdiyi xidmətlərin inkişafı istiqamətində daima çalışır.

 

  • Geniş filial və şöbələr şəbəkəsi və peşəkar işçilər daima Sizin xidmətinizdədir.

 

  • “Günay Bank” ödəniş kartlarını emissiya edərək əlavə xidmətlərin geniş spektrini təqdim edir.

 

  • Plastik kartınıza aid olan istənilən məsələnin aydınlaşdırılması məqsədilə Siz öz filial və ya şöbənizə və ya 24 saat ərzində çalışan müştəri xidməti mərkəzinə müraciət edə bilərsiniz (+994 12 ) 431 22 20

 

 

x