AZ EN

Sığorta kartı

“Günay Bank” ilə “Günay Sığorta” şirkəti arasında imzalanmış memoranduma əsasən “Günay Bank”ın premium (Gold, Platinum, Black Edition) kart istifadəçiləri üçün xüsusi sığorta paketləri hazırlanmışdır. Hazırlanmış sığorta paketləri kart istifadəçilərini digər bankların müştərilərindən fərqləndirir.

 

 

Premium kartlar üçün sığorta paketləri pulsuz təqdim edilir:

 

GOLD

“Günay Bank” “MasterCard Gold” kart istifadəçiləri üçün pulsuz sığorta paketləri təklif edir. Sığorta paketləri müvafiq qaydada “Günay Sığorta” ASC şirkəti vasitəsilə təqdim edilir:

  • Müddətsiz sığorta kartı;
  • Kartın itirilməsindən sığorta (kartın birinci istifadə ili ərzində maksimum 2 dəfə oğurlanmış və ya itirilmiş kartın ödənişsiz dəyişdirilməsi);
  • Azərbaycan Respublikası daxilində fərdi qəza sığortası (maksimum 5 000 AZN).

 

PLATİNUM

“Günay Bank” “MasterCard Platinum” kartı istifadəçiləri üçün pulsuz sığorta paketləri təklif edir. Sığorta paketləri müvafiq qaydada “Günay Sığorta” ASC şirkəti vasitəsilə təqdim edilir:

  • Müddətsiz sığorta kartı;
  • Kartın itirilməsindən sığorta (kartın birinci istifadə ili ərzində maksimum 2 dəfə oğurlanmış və ya itirilmiş kartın ödənişsiz dəyişdirilməsi);
  • Xarici ölkələrə səfər zamanı sığorta (bir təqvim ili ərzində 60 gün müddətinə verilir);
  • “Günay Sığorta” ASC şirkəti tərəfindən təklif edilən bütün sığorta xidmətlərinə (icbari sığorta növləri istisna olmaqla) 10% miqdarında güzəşt.

 

BLACK EDİTİON

“Günay Bank” “MasterCard World Black Edition” kartı istifadəçiləri üçün pulsuz sığorta paketləri təklif edir. Sığorta paketləri müvafiq qaydada “Günay Sığorta” ASC şirkəti vasitəsilə təqdim edilir:

  • Müddətsiz sığorta kartı;
  • Kartın itirilməsindən sığorta (kartın birinci istifadə ili ərzində maksimum 2 dəfə oğurlanmış və ya itirilmiş kartın ödənişsiz dəyişdirilməsi);
  • Əmlak sığortası (3-lü əmlak, maksimum 5 000 AZN);
  • Azərbaycan Respublikası daxilində fərdi qəza sığortası (maksimum 5 000 AZN).
  • “Günay Sığorta” ASC şirkəti tərəfindən təklif edilən bütün sığorta xidmətlərinə (icbari sığorta növləri istisna olmaqla) 10% həcmində güzəşt.

 

ÖDƏNİŞLİ SIĞORTA PAKETLƏRİ

Eyni zamanda, kart istifadəçisinin istəyi ilə əlavə xidmət haqqı tutularaq ona aşağıdakı sığorta paketləri təqdim edilə bilər:

  • Sığorta kartı – 3.50 AZN
  • Əmlak sığortası (3-lü əmlak, 5000 AZN) – 30 AZN
  • Fərdi qəza sığortası (ölkə daxilində, 5000 AZN) – 45 AZN
  • Səfər sığortası (illik 60 gün) – 55 AZN

 

x