AZ EN

Priority Pass

“Priority Pass” Sizə bütün dünyada bu sistemin üzvü olan hava limanlarının birinci dərəcəli zallarına daxil olmaq imkanı yaradır.

Uçuşun ləngiməsi, reysin ləğv edilməsi, tranzit uçuşlar zamanı gözləmələr və bu kimi digər problemlər tez-tez səfərə çıxan şəxslərə çox tanışdır.

Belə hallarda işgüzar görüşü təyin etmək və ya başqa vaxta keçirmək, ofislə əlaqə saxlamaq və digər məsələləri həll etmək demək olar ki, mümkün deyil. Çünki əksər hava limanlarının terminalları istirahət edənlər və turistlərlə doludur.

 

“Priority Pass” kartına malik olmaqla Siz biletinizin kateqoriyasından asılı olmayaraq hava limanının birinci dərəcəli zalına giriş hüququ qazana, orada sakitlik və rahatlıq tapa bilərsiniz.

“Priority Pass” proqramı əsasən səfərə çıxan biznesmenlər üçün işlənib hazırlanmışdır. Bu o deməkdir ki, Siz aviaşirkətinizdən və aviabiletinizin dərəcəsindən asılı olmayaraq, dünyanın hər yerində bu proqramda iştirak edən zalların bütün xidmətlərindən istifadə edə bilərsiniz. Siz hətta öz qonaqlarınızı və ya biznes partnyorlarınızı da zala dəvət edə bilərsiniz.

“Priority Pass” proqramına aşağıdakı xidmətlər daxildir:

  • Bütün dünyanın beynəlxalq hava limanlarında 1000-dən artıq birinci dərəcəli zala giriş hüququ;
  • Aviabiletin dərəcəsindən asılı olmayaraq, bütün birinci dərəcəli zallara daxil olmaq imkanı;
  • Dincəlmək, sənədlərlə işləmək, qəlyanaltı etmək və ya gözlənilməyən gecikmə, yaxud reys ləğv edildiyi hallarda görüşün vaxtını dəyişdirmək imkanı;
  • Sakit, rahat şəraitdə telefon və ya faks kimi biznes-xidmətlərdən istifadə etmək imkanı;
  • Qonaqlarınız üçün birinci dərəcəli zalların xüsusi üstünlüklərindən istifadə etmək imkanı;
  • Yerli valyutanın alınmasına ehtiyacın olmaması.

“Priority Pass” hava limanlarının zallarına daxil olmaq üçün dünyada ən geniş yayılmış müstəqil proqramdır. Beynəlxalq aləmdə geniş yayıldığına görə istənilən digər mövcud proqramlardan üstün cəhətlərə malikdir. Buna görə də “Priority Pass” kartının sahibi kimi Siz əksər inkişaf etmiş ölkələrdəki birinci dərəcəli və VIP zallarda göstərilən xidmətlərdən istifadə edə bilərsiniz.

Siz və Sizin istənilən qonağınız proqrama qoşulmuş zaldan istifadə etmək istədiyiniz zaman öz “Priority Pass” kartınızı təqdim edin və Sizə dərhal zaldan istifadə etmək imkanı veriləcəkdir. Zalda kartınız xüsusi terminaldan keçiriləcək və Siz məxaric orderini imzalayacaqsınız. Sizin və Sizi müşayiət edən hər bir şəxsin zala gəlməsinə görə müvafiq xidmət haqqı hər ayın sonunda Sizin kredit kartınızdan tutulacaqdır. Zala daxil olma haqqı hər bir şəxs üçün 30 USD təşkil edir.

 

 

MasterCard World Black Edition kartı üzrə xidmətlər
Xidmətin növü Xidmət haqqı
Ölkə xaricində kartın bloklanması (kart itirildiyi, oğurlandığı və ya yararsız hala düşdüyü halda) 35 USD
Ölkə xaricində kartın təcili əvəzlənməsi 148 USD
Ölkə xaricində kart vasitəsilə vəsaitlərin təcili nağdlaşdırılması 95 USD
Ölkə xaricində kart itirildiyi və ya oğurlandığı halda ödənişin "card not present" əməliyyatı vasitəsilə həyata keçirilməsi 125 USD
Priority Pass kartı vasitəsilə hava limanlarının VİP zallarına giriş (kart istifadəçisi və ya onunla səyahət edən şəxs üçün hər girişə görə) 30 USD
Priority Pass kartı itirildiyi, oğurlandığı və ya yarasız hala düşdüyünə görə yeni kartın verilməsi 20 AZN

x