AZ EN

Ödəniş kartları

Maestro

“Maestro” kartı gündəlik xərclər üçün ən sadə və uyğun kart sayılır. “Maestro” ən populyar, əlverişli və effektiv plastik kartdır və aşağıdakı üstünlüklərə malikdir:

- debet rejimində çalışır;

- xidmət üzrə daha aşağı qiymət;

- minimal balans təyin olunmur;

- ilkin mədaxil məbləği təyin olunmur;

- rahat əldə olunur, hətta kredit tarixinə malik olmayan şəxslər üçün təqdim edilə bilər;

- etibarlılıq: bütün əməliyyatlar online rejimdə və mütləq qaydada şəxsi avtorizasiya (PİN-kod) ilə aparılır.

 

Hal-hazırda “Günay Bank” çipli “Maestro” kartları emissiya edir, bu kartlar beynəlxalq ödəniş sisteminin ən təhlükəsiz üsulu sayılır.

“Günay Bank”ın “Maestro” kartını əldə edərək Siz aşağıdakı hüquqları qazanırsınız:

- dünyanın 10 milyona yaxın ticarət obyektində ödəniş etmək imkanı;

- kart hesabının valyutasından asılı olmayaraq dünyanın istənilən ölkəsində istənilən valyutada cəmi 1 milyondan çox bankomatda nağd vəsait əldə etmək;

- online rejimdə öz kartınızın balansına nəzarət etmək (CİB mobil-banking sistemi vasitəsilə);

- ailə üzvlərinizə Sizin kart hesabınıza bağlı olan əlavə kartlar sifariş etmək;

- “MasterCard” təşkilatı tərəfindən keçirilən müxtəlif proqramlarda iştirak etmək imkanı;

- kartı 3 il müddətinə qədər əldə edirsiniz.

 

“Maestro” kartı Azərbaycanda və MDB ölkələrində ən populyar kartlardan biridir. Bütün ticarət əməliyyatları elektron avtorizasiyadan keçir və yalnız hesabda kifayət qədər vəsait olduğu zaman təsdiq olunur. Bu cür təhlükəsizlik meyarları onu göstərir ki, bu tipli kartlar hətta kredit tarixçəsinə malik olmayan şəxslərə də təqdim edilə bilər. “Maestro” kartları oğrular üçün o qədər də cəlbedici deyil, kartlar üzrə dələduzluq əməliyyatlarının aparılma səviyyəsi minimuma bərabərdir.

 

MasterCard Standard Debit 

“MasterCard Standard Debit” kartı “MasterCard” təşkilatının yeni məhsuludur. “MasterCard Standard Debit” kartı “Maestro” kimi yalnız debet rejimində çalışır və hər bir əməliyyat zamanı online avtorizasiyadan keçir, lakin “Maestro” kartından fərqli olaraq kartın üzərində müştəri barədə məlumatlar emboss olunur.

“MasterCard Standard Debit” kartı “Maestro” kimi eyni əsas üstünlüklərə malikdir:

- debet rejimində çalışır;

- digər kartlardan fərqli olaraq, xidmət üzrə daha aşağı qiymət;

- minimal balans təyin olunmur;

- ilkin mədaxil məbləği təyin olunmur;

- rahat əldə olunur, hətta kredit tarixinə malik olmayan şəxslər üçün təqdim edilə bilər;

- etibarlılıq: bütün əməliyyatlar online rejimdə və mütləq qaydada şəxsi avtorizasiya (PİN-kod) ilə aparılır.

 

“Günay Bank”ın “MasterCard Standard Debit” kartını əldə edərək Siz aşağıdakı hüquqları qazanırsınız:

- dünyanın 10 milyona yaxın ticarət obyektində ödəniş etmək imkanı;

- kart hesabının valyutasından asılı olmayaraq dünyanın istənilən ölkəsində istənilən valyutada cəmi 1 milyondan çox bankomatda nağd vəsait əldə etmək;

- online rejimdə öz kartınızın balansına nəzarət etmək (CİB mobil-banking sistemi vasitəsilə);

- ailə üzvlərinizə Sizin kart hesabınıza bağlı olan əlavə kartlar sifariş etmək;

- “MasterCard” təşkilatı tərəfindən keçirilən müxtəlif proqramlarda iştirak etmək imkanı;

- kartı 3 il müddətinə qədər əldə edirsiniz.

 

MasterCard Standard 

“MasterCard Standard” kartı – “MasterCard” loqosu ilə işarə olunmuş dünyanın istənilən nöqtəsində, o cümlədən, real və virtual mağazalarda, qəbul olunan universal ödəniş alətidir. Bu kart artıq kart istifadəsi təcrübəsinə malik olan şəxslər üçün nəzərdə tutulur. Həmçinin, “MasterCard Standard” kartı orta təbəqəli və orta gəlirə malik olan müştərilər arasında öz populyarlığını qazanıb, çünki həmin müştərilərə rahatlıq, düzgün seçim və maliyyə çevikliyi zəmanət verir.

“MasterCard Standard” kartı bazarda öz qiymət/keyfiyyət əmsalları üzrə optimal seçimə görə klassik ödəniş aləti sayılır. O, bütün dünyada çox populyardır və milyonlarla ticarət obyektləri və bankomatlarda rahatlıqla qəbul olunur.

Bu kart mütləq online avtorizasiyanı tələb etmir, kart üzrə məsafədən (card not present) əməliyyatların aparılması da mümkündür, məsələn, otellərin bronlaşdırılması, biletlərin alışı, internet vasitəsilə əməliyyatların aparılması. Bu kartlar öz istifadəçilərinə səfər zamanı köməklik göstərir: bir sıra təşkilati məsələlər operativ olaraq həll olunur (tibbi xidmətlər, müxtəlif sorğu məlumatlarının öyrənilməsi, avtomobillərin icarəyə götürülməsi və s.).

“Günay Bank” mikroprosessor çipli “MasterCard Standard” kartları emissiya edir, bu günə olan məlumata əsasən, bu kartlar maksimal təhlükəsizlik funksionallığına malikdir.

“Günay Bank”ın “MasterCard Standard” kartını əldə etməklə Siz aşağıdakıları hüquqları qazanırsınız:

- bütün dünyada milyonlarla ticarət obyektində mal və ya xidmətin alınması üçün ödəniş etmək imkanı;

- istənilən ölkənin bankomatında istənilən valyutada nağd vəsait əldə etmək imkanı;

- məsafədən əməliyyatlar aparmaq (o cümlədən, MOTO əməliyyatları);

- real rejimində öz vəsaitlərinə nəzarət etmək imkanı (CİB mobil-banking sistemi);

- ailə üzvlərinizə Sizin kart hesabınıza bağlı olan əlavə kartlar sifariş etmək;

- “MasterCard” təşkilatı tərəfindən keçirilən müxtəlif proqramlarda iştirak etmək imkanı;

- bir sıra əlavə xidmətlərə qoşula bilərsiniz.

 

“Günay Bank”ın “MasterCard Standard” kartları debet və kredit rejimində çalışır.

 

MasterCard Gold 

“MasterCard Gold” – öz istifadəçisinin statusu barədə məlumat verən, yəni bu həyatda bir sıra nailiyyətlərə malik olan şəxs üçün nəzərdə tutulan prestijli kartdır. “MasterCard Gold” kartı “MasterCard” təşkilatının Premium kartlarının sırasındadır. Bu cür kartla Siz dünyanın istınilən otel, klub, kazino və ya restoranında özünüzü rahat hiss edəcəksiniz.

Bu kart “MasterCard” brendli bütün ticarət obyektlərində qəbul olunur. “MasterCard Gold” kartı Sizin üçün maraqlı imtiyazlar və imkanlar dünyasına qapı açır. “MasterCard Gold” kartı bütün dünyada qəbul olunur və Sizə maliyyə azadlığını hiss etməyə imkan yaradır.

“MasterCard Gold” kartı mütləq online avtorizasiya tələb etmir, ona görə onunla məsafədən əməliyyat aparmaq mümkündür, məsələn, otellərdə, avtomobillərin icarəsində, müxtəlif biletlərin alınması zamanı, həmçinin, telefon və ya internet vasitəsilə bəzi əməliyyatların aparılması.

“Günay Bank” mikroprosessor çipli “MasterCard Gold” kartları emissiya edir, bu günə olan məlumata əsasən, bu kartlar maksimal təhlükəsizlik funksionallığına malikdir.

“Günay Bank”ın “MasterCard Gold” kartını əldə etməklə Siz aşağıdakıları qazanırsız:

- bütün dünyada milyonlarla ticarət obyektində mal və ya xidmətin alınması üçün ödəniş etmək imkanı;

- istənilən ölkənin bankomatında istənilən valyutada nağd vəsait əldə etmək imkanı;

- məsafədən əməliyyatlar aparmaq (o cümlədən, MOTO əməliyyatları);

- real rejimində öz vəsaitlərinə nəzarət etmək imkanı (CİB mobil-banking sistemi);

- ailə üzvlərinizə Sizin kart hesabınıza bağlı olan əlavə kartlar sifariş etmək;

- “MasterCard” təşkilatı tərəfindən Premium kartlar üçün keçirilən müxtəlif proqramlarda iştirak etmək imkanı;

- bir sıra əlavə xidmətlərə qoşula bilərsiniz.

- “Günay Bank”ın imtiyazlı müştərisi olursunuz.

 

Gold kateqoriyalı kart – Sizin prestijinizin dəstəyidir. Gold kartlar elektron (Maestro, MasterCard Standard Debit) və klassik (MasterCard Standard) kartlarının imkanlarına əlavə olaraq öz istifadəçilərinə cəmiyyətdə statusun təsdiq edilməsinə və geniş spektrdə xidmətlərdən və güzəştlərdən istifadə edilməsi imkanını yaradır.

Sığorta Paketi

“Günay Bank” “MasterCard Gold” kart istifadəçiləri üçün pulsuz sığorta paketləri təklif edir. Sığorta paketləri müvafiq qaydada “Günay Sığorta” ASC şirkəti vasitəsilə təqdim edilir:

  • Müddətsiz sığorta kartı;
  • Kartın itirilməsindən sığorta (kartın birinci istifadə ili ərzində maksimum 2 dəfə oğurlanmış və ya itirilmiş kartın ödənişsiz dəyişdirilməsi);
  • Azərbaycan Respublikası daxilində fərdi qəza sığortası (maksimum 5 000 AZN).

“Günay Bank”ın “MasterCard Gold” kartları debet və kredit rejimində çalışır.

 

MasterCard Platinum 

2018-ci ilin yanvar ayından etibarən “Günay Bank” yeni imtiyazlı “MasterCard Platinum” kartını öz müştəriləri üçün təqdim etmişdir. Həmin kart VİP müştərilər arasında öz populyarlığı ilə seçilir.

Azərbaycanda imtiyazlı müştərilərin ehtiyacları diqqətlə təhlil edərək və həmin ehtiyacları maksimum dərəcədə qoruyaraq Günay Bank əlavə imtiyazlar və xidmətlərlə dolu yeni kart paketinin tətbiq edilməsinə start vermişdir.

“MasterCard Platinum” kartı Sizin üçün maraqlı imtiyazlar və imkanlar dünyasına qapı açır. “MasterCard Platinum” kartı bütün dünyada qəbul olunur və Sizə maliyyə azadlığını hiss etməyə imkan yaradır. Həmin kartın sahibi hər bir ticarət obyektində sadəcə “Günay Bank”ın imtiyazlı müştərisi kimi deyil, həm də xüsusi müştəri qrupuna aid edilən şəxs kimi qəbul edilir.

Qeyd etmək lazımdır ki, “MasterCard Platinum” bazarda bir sıra banklar tərəfindən emissiya edilir, lakin “Günay Bank” tərəfindən emissiya edilən “MasterCard Platinum” kartı əlavə xidmət və paketləri ilə birgə digər kartlardan seçilir.

“Günay Bank”ın “MasterCard Platinum” kartını əldə etməklə Siz aşağıdakıları qazanırsız:

- bütün dünyada milyonlarla ticarət obyektində mal və ya xidmətin alınması üçün ödəniş etmək imkanı;

- istənilən ölkənin bankomatında istənilən valyutada nağd vəsait əldə etmək imkanı;

- məsafədən əməliyyatlar aparmaq (o cümlədən, MOTO əməliyyatları);

- real rejimində öz vəsaitlərinə nəzarət etmək imkanı (CİB mobil-banking sistemi);

- ailə üzvlərinizə Sizin kart hesabınıza bağlı olan əlavə kartlar sifariş etmək;

- “MasterCard” təşkilatı tərəfindən Premium kartlar üçün keçirilən müxtəlif proqramlarda iştirak etmək imkanı;

- bir sıra əlavə xidmətlərə qoşula bilərsiniz;

- “Günay Bank”ın imtiyazlı müştərisi olursunuz.

 

Sığorta Paketi

“Günay Bank” “MasterCard Platinum” kart istifadəçiləri üçün pulsuz sığorta paketləri təklif edir. Sığorta paketləri müvafiq qaydada “Günay Sığorta” ASC şirkəti vasitəsilə təqdim edilir:

 

  • Müddətsiz sığorta kartı;
  • Kartın itirilməsindən sığorta (kartın birinci istifadə ili ərzində maksimum 2 dəfə oğurlanmış və ya itirilmiş kartın ödənişsiz dəyişdirilməsi);
  • Xarici ölkələrə səfər zamanı sığorta (bir təqvim ili ərzində 60 gün müddətinə verilir);
  • “Günay Sığorta” ASC şirkəti tərəfindən təklif edilən bütün sığorta xidmətlərinə (icbari sığorta növləri istisna olmaqla) 10% miqdarında güzəşt.

“Günay Bank”ın “MasterCard Platinum” kartları debet və kredit rejimində çalışır.

 

MasterCard World Black Edition 

2018-ci ilin yanvar ayından etibarən “Günay Bank” yeni imtiyazlı və “MasterCard” təşkilatının ən prestijli kartlarından biri sayılan “MasterCard World Black Edition” kartını öz müştəriləri üçün təqdim etmişdir. Həmin kart VİP müştərilər sayılan və Bank tərəfindən xüsusi imtiyazlara malik olan şəxslər üçün nəzərdə tutulur. “Black Edition” kart paketi unikal və təkrarolunmaz xidmətlərlə seçilir. 

Azərbaycanda imtiyazlı müştərilərin ehtiyacları diqqətlə təhlil edərək və həmin ehtiyacları maksimum dərəcədə qoruyaraq Günay Bank əlavə imtiyazlar və xidmətlərlə dolu yeni kart paketinin tətbiq edilməsinə start vermişdir.

“Black Edition” kartı Sizin üçün maraqlı imtiyazlar və imkanlar dünyasına qapı açır. “Black Edition” kartı bütün dünyada qəbul olunur və Sizə maliyyə azadlığını hiss etməyə imkan yaradır. Həmin kartın sahibi hər bir ticarət obyektində sadəcə “Günay Bank”ın imtiyazlı müştərisi kimi deyil, həm də xüsusi müştəri qrupuna aid edilən şəxs kimi qəbul edilir.

“Black Edition” kartı “Günay Bank” tərəfindən xüsusilə hazırlanmış unikal dizayna malikdir və qara tonlarda işlənilmişdir.

“Günay Bank” tərəfindən emissiya edilən “MasterCard World Black Edition” kartı əlavə olunmuş xidmət və paketlərlə digər bankların kartlarından seçilir.

“Günay Bank”ın “MasterCard World Black Edition” kartını əldə etməklə Siz aşağıdakıları qazanırsız:

- bütün dünyada milyonlarla ticarət obyektində mal və ya xidmətin alınması üçün ödəniş etmək imkanı;

- istənilən ölkənin bankomatında istənilən valyutada nağd vəsait əldə etmək imkanı;

- məsafədən əməliyyatlar aparmaq (o cümlədən, MOTO əməliyyatları);

- real rejimində öz vəsaitlərinə nəzarət etmək imkanı (CİB mobil-banking sistemi);

- ailə üzvlərinizə Sizin kart hesabınıza bağlı olan əlavə kartlar sifariş etmək;

- “MasterCard” təşkilatı tərəfindən Premium kartlar üçün keçirilən müxtəlif proqramlarda iştirak etmək və “Black Edition” müştəriləri üçün nəzərdə tutulmuş xüsusi təkliflərdən yararlanmaq imkanı;

- SMS-banking xidmətinə pulsuz qoşulma imkanı;

- bir sıra əlavə xidmətlərə qoşula bilərsiniz;

- Günay Bankın imtiyazlı VİP müştərisi olursunuz;

 

“Black Edition” paketində olan əlavə xidmətlər

Konsyerj xidməti

Bütün “Black Edition” kartı istifadəçiləri üçün “MasterCard Concierge” xidməti bütün dünyada 24/7 iş rejimində təklif edilir. Kart istifadəçisi konsyerj mərkəzinə müraciət edərək istənilən məsələ ilə əlaqədar xidmət sifariş edə bilər.

Kart istifadəçisi konsyerj xidmətlərindən faydalanmaq məqsədilə +7 499 270 35 00 telefon nömrəsinə zəng vurmalıdır. Zəngin qiyməti operatorun tariflərindən asılıdır.

Daha ətraflı məlumatı müvafiq menyuda əldə edə bilərsiniz.

“Priority Pass” kartı

“Priority Pass” kartı vasitəsilə “Black Edition” kartı istifadəçisi dünyanın 1000-dən çox hava limanının VİP zallarına endirimli giriş hüququ qazanır. Həmçinin, kart istifadəçisi özü ilə ailə üzvləri və ya tanışlarını VİP zala dəvət edə bilər. Hər bir nəfər üçün bir girişin qiyməti 30 USD-dir. Daha ətraflı məlumatı müvafiq menyuda tapa bilərsiniz.

“MasterCard Global Assistance” proqramı

“MasterCard” təşkilatı “Black Edition” kartı istifadəçiləri üçün “MasterCard Global Assistance” proqramı çərçivəsində aşağıdakı xidmətləri təklif edir:

  • itirilmiş və ya oğurlanmış kartın xaricdə bloklaşdırılması;
  • xarici ölkələrdə təcili kartın dəyişdirilməsi;
  • xarici ölkələrdə təcili nağd vəsaitlərin alınması;
  • xarici ölkələrdə kart olmadan (Card not present) müvafiq əməliyyatın aparılması üzrə yardım.

Kart istifadəçisi aşağıdakı linkdən istifadə edərək “MasterCard Global Assistance” proqramından faydalana bilər:

http://www.mastercard.com/sea/consumer/emergency-services.html

Daha ətraflı məlumatı müvafiq menyuda əldə edə bilərsiniz.  

Sığorta Paketi (AXA MBASK)

“MasterCard” təşkilatı və AXA MBASK beynəlxalq sığorta şirkəti tərəfindən “Black Edition” kartı istifadəçisi üçün cəmi 374 500 EUR məbləğində pulsuz beynəlxalq sığorta polisini təqdim edir. Daha ətraflı məlumatı müvafiq menyuda əldə edə bilərsiniz.

Sığorta Paketi (“Günay Sığorta” ASC)

“Günay Bank” “MasterCard World Black Edition” kartı istifadəçiləri üçün pulsuz sığorta paketləri təklif edir. Sığorta paketləri müvafiq qaydada “Günay Sığorta” ASC şirkəti vasitəsilə təqdim edilir:

  • Müddətsiz sığorta kartı;
  • Kartın itirilməsindən sığorta (kartın birinci istifadə ili ərzində maksimum 2 dəfə oğurlanmış və ya itirilmiş kartın ödənişsiz dəyişdirilməsi);
  • Əmlak sığortası (3-lü əmlak, maksimum 5 000 AZN);
  • Azərbaycan Respublikası daxilində fərdi qəza sığortası (maksimum 5 000 AZN).
  • “Günay Sığorta” ASC şirkəti tərəfindən təklif edilən bütün sığorta xidmətlərinə (icbari sığorta növləri istisna olmaqla) 10% miqdarında güzəşt.

“Günay Bank”ın “MasterCard World Black Edition” kartları debet və kredit rejimində çalışır.

 

 

x