AZ EN

Limitlər

Kartın təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə kart vasitəsilə aparılacaq bir sıra əməliyyatlar üzrə “Günay Bank” tərəfindən ilkin müddətli (gündəlik, həftəlik, aylıq və s.) və ya hər hansı ölkəyə (beynəlxalq ödəniş sistemləri, “Millikart” MMC prosessinq mərkəzi və ya Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyyələrinə əsasən) aid olan limitlər təyin edilə bilər.

 

Limitlərin dəyişdirilməsi və ya aradan qaldırılması məqsədilə “Günay Bank”ın müvafiq filial və ya şöbəsinə müraciət etmək lazımdır.

 

“Günay Bank”ın limitləri müvafiq risk qrupları üzrə bölünür:

 

Beynəlxalq ödəniş sistemləri, “Millikart” MMC prosessinq təşkilatı, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və ya digər müvafiq orqanlarının tövsiyələri nəzərə alınmaqla, eyni zamanda, “Günay Bank” tərəfindən aparılan monitorinq zamanı hər hansı şübhəli əməliyyatlar aşkar olunarsa, limitlər birtərəfli qaydada dəyişdirilə bilər.

 

 

x