AZ EN

Kredit kartları

“Günay Bank” öz müştərilərinin plastik kartlarına kredit xətləri aça bilər. Kredit kartları ölkədə son bir neçə il ərzində populyarlaşıb. Orta və daha böyük əmək haqqı alan müştərilərə hər hansı konkret zamanda vəsait lazım ola bilər. Bununla əlaqədar olaraq, onlar “Günay Bank”a müraciət edərək plastik kartlarda kredit xəttinin açılmasını xahiş edə bilərlər.

 

“MasterCard” brendli kredit kartları onların istifadəçilərinə rahat, tez və təhlükəsiz şəkildə ödənişlərin aparılması və dünyanın istənilən ölkəsində müvafiq əməliyyatların aparılması imkanını yaradır. “MasterCard” kartları 170-dən çox ölkədə qəbul olunur. Bununla yanaşı “MasterCard” kartları İnternet şəbəkəsində aktiv qəbul olunur. Kredit kartları əlavə xidmətlərdən faydalanmaq üçün imkan yaradır və bütün təhlükəsizlik tələblərinə cavab verir.

 

“Günay Bank”da kredit xəttinin açılması üçün əsas amil əmək haqqı sayılır. Bunun üçün müştəri işlədiyi şirkətdən əmək haqqı haqqında arayış təqdim etməlidir. Lazım olduqda zaminlərin arayışları da təqdim olunmalıdır.

 

Kredit xəttinin açılması üzrə müvafiq müqavilələr kart istifadəçisi və onun zaminləri ilə Bank arasında ayrı-ayrılıqda bağlanılır.  

 

Eyni zamanda, müştəri tərəfindən qoyulan depozitin 80% miqdarında kredit xətti açıla bilər.

 

Kreditin şərtləri

Məbləğ

500 – 100 000

Müddət

12 ayadək

İllik faiz dərəcəsi

20–24% 

 

Müraciət edənə qarşı tələblər

Potensial borcalan

Rezident və qeyri-rezidentlər

İş stajı

Son iş yerində minimum 6 ay

Yaşı həddi

22 - 62

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsi

İş yerindən arayış və ya gəliri təsdiq edən digər sənədlər (depozit təminatlı istisna olmaqla)

Kreditin valyutası

AZN

Təminat

 Kreditin xəttinin məbləği 5 000 manata qədər olduqda 1 zamin,

 5000 -10 000 manat – 2 zamin,

10 000 manatdan yuxarı olduqda təminat tələb olunur.

Sığortalanma

Borcalanın həyat (fərdi qəza) sığortası

Ödəniş şərtləri

Əsas məbləğ müddətin sonunda, faizlər hər ay ödənməklə

Komissiya haqqı

Kartın satış dəyəri;

Kredit məbləğinin 1%

Verilmə müddəti

5 iş günü

x