AZ EN

Overdraftla olan kartlar

17-05-2019

“Günay Bank” əmək haqqı kartlarına xüsusi “overdraft” limitləri ayıra bilər. Bunun üçün Bankla şirkətiniz arasında müvafiq müqavilə bağlanmalıdır. Əmək haqqı kartlarına “ovedraft” limitlərinin açılması həm şirkət, həm də onun işçiləri üçün əlavə imkanlar yaradır: işçilər əmək haqqı almadan maliyyə resurslarına giriş hüququ qazanırlar, şirkətlər isə öz işçilərinə qarşı loyallıq göstərirlər.

 

“Günay Bank”ın şirkətlər üçün yaratdığı imkanlar sayəsində işçinin əmək haqqının 80% miqdarında “ovedraft” limitinin açılması mümkündür.

 

Şirkət özü də “overdraft” limitinin ayrılacağı işçilərin siyahısını təqdim edə bilər. İstənilən işçi əvvəlcə əmək haqqı kartında olan şəxsi vəsaitindən istifadə edir, bu vəsait bitdikdə isə avtomatik olaraq “ovedraft” limiti açılır. İstifadə olunmuş “ovedraft” növbəti əmək haqqı köçürülən zaman və ya birbaşa işçi tərəfindən öz əmək haqqı kartına vəsaitin mədaxil edilməsi ilə bərpa oluna bilər.

 

“Ovedraft” üzrə aylıq faiz dərəcəsi 2% təşkil edir. “Ovedraft”a imtiyazlı müddət təqdim edilmir. Faiz dərəcəsi “ovedraft” istifadə edildiyi gündən başlayaraq gündəlik olaraq hesablanır.

 

“Ovedraft” limitlərinin açılması məqsədilə şirkət “Günay Bank”ın müvafiq filial və ya şöbəsinə müraciət etməlidir.

 

x