AZ EN

Səhmlər

24-05-2019

Bankın hər bir səhmdarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3-cü maddəsində, digər qanunvericilikdə və Bankın nizamnaməsində nəzərdə tutulmuş aşağıdakı hüquqları vardır:


      · Bankın idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (imtiyazlı səhm sahibləri istisna olmaqla);
      · Qanunvericiliklə müəyyən edilmiş qaydada, Bankın fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
      · Bankın səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
      · Bankın səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
      · Bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
      · Bankın xalis mənfəətindən dividend almaq;
      · Bankın fəaliyyətinə xitam verildikdə, Bankın kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra Bankın yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
      · Mülki Məcəllə və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

 

 

1. Bankın strateji baxışı və missiya bəyanatı, bankın strateji hədəflər;
2. Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsinin sədri və üzvlərinin adı, soyadı, telefon nömrəsi; elektron poçt ünvanı, onların təhsili və ixtisası barədə məlumat;-HR
3. daxili komitələr, onların əsas vəzifələri və tərkibi haqqında məlumat;-HR
4. mükafatlandırma siyasətinin əsas prinsipləri;-HR
5. bankın dividend siyasəti


Bu bəndlərin icra olunması bizim səlahiyyətlərimizə aid deyil.


6. Bankın buraxdığı səhmlər haqqında məlumat (növü, dövlət qeydiyyatı nömrəsi, nominal dəyəri, səhmdarların hüquqları)

 

Dövlət Qeydiyyat nömrəsi

Qeydiyyata almış orqanın adı

Növü və Forması

Nominal Dəyəri

Ümumi miqdarı

Yerləşdirilmiş

Yerləşdirilməmiş

Geri satın alınmış

AZ1003000168

QKDK

Adi və adlı səhm

47.83 AZN

1357100

1357100

0

0

 

Bankın səhmdarları “Banklar haqqında” qanunun 24.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqlara malikdirlər.

x