AZ EN

Səhmdarların yığıncaqları

25-10-2019

 “Günay Bank” Açıq Səhmdar Cəmiyyəti

 ------

"Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq  “Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarların diqqətinə çatdırır ki, 17 oktyabr 2019-cu il tarixində saat 15:00-da, Bakı şəhəri, Nərimanov rayonu, Aşiq Alı küçəsi, ev 3A ünvanında yerləşən bankın inzibati binasında “Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

 

Aşağıdakı məsələlər növbədənkənar ümumi yığıncağının gündəliyinə daxil edilmişdir:

  1. Müşahidə şurasının yeni üzvlərinin seçilməsi və üzvlərin yeni siyahısının təsdiq olunması;
  2. Audit komitəsinin yeni üzvlərinin seçilməsi və üzvlərin yeni siyahısının təsdiq olunması;
  3. Digər məsələlər

 

Yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallarla Bakı şəhəri, Nərimanov rayonu, Aşiq Alı küçəsi, ev 3A  ünvanında şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə tanış ola bilərsiniz.

 

-----

Açıqlama

 

17 oktyabr 2019-cu il tarixində “Günay Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir.
Yığıncaqda Budaqov İlham Aslan oğlu Müşahidə Şurasına yeni üzv seçilmişdir. Bununla Müşahidə Şurasının tərkibi 5 nəfərdən ibarət olmuşdur. İ. Budaqov Azərbaycan Texniki Universitetini, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmiş, 10 ildən artıq müxtəlif banklarda rəhbər vəzifələrdə çalışmışdır, texnika üzrə fəlsəfə doktorudur.  

Eyni zamanda Müşahidə Şurasının qərarına əsasən İlham Budaqov Audit Komitəsinin sədri təyin edilmiş, Səfərov İlham Nizami oğlu isə komitəyə yeni üzv seçilmişdir və beləliklə Audit Komitəsi üzvlərinin sayı 3 nəfər olmuşdur.

x