AZ EN

Mükafatlandırma siyasətinin əsas prinsipləri

12-06-2019

Günay Bank ASC-də mükafatlandırma sistemi hər bir işçinin və mənsub olduğu struktur bölməsinin fəaliyyətinin nəticəsində onun əməyinin ədalətli kompensasiya olunmasını, yaxşı əməyin iqtisadi və qeyri-iqtisadi metodlarla stimullaşdırılmasını, habelə işçilərin fəaliyyətinin nəticəsindən asılı olmayaraq, müxtəlif növ sosial yardımlar təqdim olunmasını  və bununla da, işçilərin əmək məhsuldarlığının artırılması və onların banka bağlılığının möhkəmləndirilməsi, habelə Bankda komanda ruhunun daima yaxşılaşdırılması məqsədi ilə tətbiq edilir.

Bu Qaydalar  Bankın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsinin Sədr və üzvləri istisna olmaqla, Bankda daimi işləyən bütün işçilərinə şamil olunur və sözügedən Qaydalarda Bankın insan resurslarının idarə edilməsi siyasətində  aşağıda göstərilənlər tətbiq olunur:

 

Mükafat - il ərzində müəyyən əlamətdar gün və hadisələr ilə bağlı bütün kollektivə verilən nağd  ödənişdir.

Motivasiya - işçinin tələbatının iqtisadi və qeyri-iqtisadi stimullar vasitəsi ilə təmin olunması yolu ilə onu daha səmərəli işləməyə həvəsləndirən sistemdir.

İştisadi motivasiya - işçinin və ya işçi qrupunun maddi tələbatlarının ödənilməsi yolu ilə stimullaşdırılmasıdır.

Qeyri-iqtisadi motivasiya - işçinin və ya işçi qrupunun mənəvi tələbatlarının ödənilməsi yolu ilə stimullaşdırılmasıdır.

İmtiyaz - işçi və ya işçi qrupunun fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq, onun sosial tələbatlarının il ərzində qeyri-nağd formada kompensasiyasıdır.

Bonus - işçinin və struktur bölməsinin fəaliyyətinin nəticəsindən asılı olan, habelə müəyyən planlaşdırılmamış işlərin uğurla yerinə yetirilməsinə görə bütün kollektivə və ya müəyyən işçi qurupuna və ya fərdi işçiyə ödənilən birdəfəlik pul vəsaitidir.

Yardım - işçinin fəaliyyətinin nəticəsindən asılı olmayaraq, ona  müraciəti əsasında müəyyən maddi və sosial ehtiyaclarının ödənilməsi üçün verilən birdəfəlik pul vəsaitidir.

 

 

 

x