AZ EN

Daxili Komitələr

12-06-2019

Daxili komitələr, onların əsas vəzifələri və tərkibi haqqında məlumat

 

Mükafatlandırma Komitəsi

Vəzifələri:

  • Mükafatlandırma sistemi hər bir işçinin və mənsub olduğu struktur bölməsinin fəaliyyətinin nəticəsində onun əməyinin ədalətli kompensasiya olunmasını, yaxşı əməyin iqtisadi və qeyri-iqtisadi metodlarla stimullaşdırılmasını, habelə işçilərin fəaliyyətinin nəticəsindən asılı olmayaraq, müxtəlif növ sosial yardımlar təqdim olunmasını və bununla da, işçilərin əmək məhsuldarlığının artırılması və onların banka bağlılığının möhkəmləndirilməsi, habelə Bankda komanda ruhunun daima yaxşılaşdırılması məqsədi ilə tətbiq edilir.
  • Bu Qaydalar Bankın Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsinin Sədr və üzvləri istisna olmaqla, Bankda daimi işləyən bütün işçilərinə şamil olunur.

 

Mükafatlandırma Komitəsinin tərkibi

1

Emin Ağayev

Komitə sədri

2

Zaur Əhmədov

Üzv

3

Cəmilə Məmmədova

Üzv

 

Riskləri İdarəetmə Komitəsi

Vəzifələri:

 

  1. Komitənin başlıca vəzifələri aşağıdakılardan ibarətdir:

 

  • Risklərin, Aktiv və Passivlərin idarə edilməsi strategiyasına, siyasətinə və qaydalarına baxmaq və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim etmək;
  • Ən azı ildə bir dəfə siyasət və qaydaları qiymətləndirmək və tələb olunduqda yenilənməsini təmin etmək;
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətləri seçmək və onların həyata keçirilməsi tezliyini müəyyən etmək;
  • Bankın məruz qaldığı risklərin vəziyyəti və risklərin idarə edilməsi sisteminin effektivliyi barədə hesabat hazırlamaq və Müşahidə Şurasına təqdim etmək;
  • Götürülən risklərin bankın risklərin idarə edilməsi strategiyasına uyğunluğunun monitorinqini aparmaq;
  • Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər hazırlamaq;
  • Yeni fəaliyyət və əməliyyat növlərini qiymətləndirmək və Müşahidə Şurasının təsdiqinə təqdim etmək;
  • Risklərin və onlara nəzarət üsullarının müəyyənləşdirməsi üçün bu sahədə mövcud bankdaxili qaydalara aid müvafiq metodoloji izahatlar, tövsiyələr hazırlamaq və təsdiq etmək;
  • Riskli sahələr üzrə səlahiyyətlərin bölüşdürülməsi üzrə təklifləri hazırlamaq və Müşahidə Şurasının təsdiqinə təqdim etmək;
  • Risklərin İdarə edilməsi Departamentinə dövri hesabatlar hazırlamaq üçün müəyyən göstərişlər vermək;
  • İldə bir dəfə Risklərin İdarə edilməsi Departamentinin işini qiymətləndirmək və nəticələr barədə Müşahidə Şurasına hesabat təqdim etmək;
  • İdarə Heyəti ilə birgə fövqəladə hallar planına baxmaq və Müşahidə Şurasına təqdim etmək;
  • İclaslarını ən azı ayda bir dəfə keçirmək və onların nəticələri barədə Müşahidə Şurasına hesabat vermək.

 

Riskləri İdarəetmə Komitəsinin tərkibi

1

Baratəli Piriyev

Komitə sədri

2

Zaur Əhmədov

Üzv

3

Elşən Şükürov

Üzv

4

Hikmət Nəzirov

Üzv

5

Günəl Sadıxov

Üzv

6

İlham Budaqov

Üzv (səsvermə hüququ olmayan)

  

 Kredit Komitəsi  

    Vəzifələri:

 

  • Bankın strateji planına uyğun olaraq, kredit siyasətini və kreditləşməyə dair qaydaları

müzakirə etmək və Müşahidə Şurasının təsdiqinə təqdim etmək;

 

1.2   Müşahidə Şurasının verdiyi səlahiyyətlər çərçivəsində kredit  

        siyasətinə uyğun olaraq, kredit portfelini diversifikasiya etmək,  

        kreditlər üzrə qərarqəbuletmə limitləri üzrə təkliflər vermək;

 

1.3    Kredit biznesində çalışan işçilər üçün peşə tələblərini          

        müəyyənləşdirmək və onları sertifikasiya etmək;

1.4    Müşahidə Şurasının təsdiq etdiyi limitlər daxilində kreditlər üzrə qərarlar qəbul etmək

        və ya rədd etmək;

1.5    Kredit portfeli, onun strukturu  və  borcalanlar barədə müvafiq  

        icra strukturlarından zəruri məlumatlar almaq və onu təhlil  

        etmək;

1.6    Komitənin iclaslarına əlavə aidiyyatı şəxsləri və ya lazım gəldikdə  

        kənar mütəxəssis cəlb etmək;

  • Borcalandan əlavə məlumatlar əldə etməyi tələb etmək;
  • Səlahiyyətləri daxilində kredit siyasəti və qaydalarına riayət   

edilməsi və özünün qəbul etdiyi qərarların icrası üzərində monitorinqi həyata keçirmək.

 

                                                                                           

                      Kredit Komitəsinin tərkibi

1

Mahmud Məmmədov

Komitə sədri

2

Baratəli Piriyev

Üzv

3

Emin Ağayev

Üzv

4

Zaur Əhmədov

Üzv

5

Elşən Şükürov

Üzv

 

 

İnformasiya Təhlükəsizliyi Komitəsi

Vəzifələri:

 

  • Bankın informasiya texnologiyası sahəsindəki siyasətini və bu sahədəki qaydaların hazırlanmasını təşkil edir, onları müzakirə edir və təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Müşahidə Şurasının verdiyi səlahiyyətlər daxilində informasiya

texnologiyası üzrə qərarlar qəbul etmək;

  • Bankın digər strukturlarından bu əsasnamədə göstərilən

funksiyaları həyata keçirmək üçün məlumatlar almaq;

  • Müşahidə Şurasının müzakirəsinə verilməli olan informasiya

texnologiyası haqqında hesabat, məlumat və sənədlərin  hazırlanmasını təşkil etmək;

1.5  Filialların informasiya infrastrukturuna nəzarət etmək;

1.6  İT strategiyasına uyğun olaraq, İT məhsullarını planlaşdırmaq və

      həcmini  müəyyən etmək;

1.7  Nəzərdə tutulan aparat vasitələrinin biznesə zəruriliyinin və  

      xərclərin səmərəliliyinin təhlilini  həyata keçirmək;

  • İstifadə olunacaq proqram, aparat vasitələri və

kommunikasiyaların ümumi strukturunu müəyyən etmək;

  • Bankın struktur vahidləri tərəfindən hazırlanan İT üzrə funksional tələbləri təhlil etmək və onların bankın biznes planına uyğunluğunu yoxlamaq və səmərəliliyini qiymətləndirmək;
  • İT tələbləri üzrə zəruri olan İT məhsullarının prioritetlərini

müəyyən etmək və konkret təklifləri onların büdcələri ilə birlikdə Müşahidə Şurasının təsdiqinə hazırlamaq;

  • Yeni proqramlara və istifadə olunan proqramların yeni

versiyalarına keçid zamanı məlumatların köçürülməsi strategiyasını  və metodologiyasını hazırlamaq;

  • İT təhlükəsizliyi üzrə ümumi siyasətin hazırlanmasını təşkil etmək və Müşahidə Şurasına təqdim etmək;
  • Proqramların yaradılması mərhələləri, onların dəyişdirilməsi,

onlara əlavələr  edilməsi və işlək vəziyyətdə saxlanması üzrə İT standartlarını müəyyənləşdirmək və Müşahidə Şurasına təqdim etmək;

  • IT üzrə bütün cari işlərə və onun üçün ayrılmış büdcənin yerinə

yetirilməsinə nəzarət etmək;

  • Bankda İT işinin daim təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq

və Müşahidə Şurasına təqdim etmək;

 

         

      İnformasiya Təhlükəsizliyi Komitəsinin tərkibi

1

Elşən Şükürov

Komitə sədri

2

Sabir Quliyev

Üzv

3

Günəl Sadıxov

Üzv

         

 

 

x