AZ EN

Əməletmə

17-05-2019

“Günay Bank” ASC hər hansı kriminal və terror fəaliyyətinə istiqamətlənmiş pul köçürmələri, maliyyə dəstəyi və onların fəaliyyətinə dəstək olan istənilən əməliyyatların qadağan olunması və qarşısının alınması siyasətini həyata keçirir. Bu siyasət bankın çirkli pulların yuyulmasına qarşı mübarizəyə, çirkli pulların yuyulmasına qarşı FATF-ın tövsiyələrinə, Volsberq prinsiplərinə, qabaqcıl beynəlxalq praktikaya, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasının Mülki Məcəlləsi", "Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, AR Mərkəzi Bankının normativ aktlarına, “Günay Bank” ASC-nin daxili prosedurları və Risklərin İdarə Edilməsi siyasətinə uyğun hazırlanmışdır.

 

“Günay Bank” ASC çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair qanunlara riayət edir və bankın xidmət və məhsullarının çirkli pulların yuyulması istiqamətində istifadə olunmasının qarşısını almaq məqsədilə bu standartlar çərçivəsində fəaliyyət göstərir.

 

x